Məşhur futbolçu "Barselona"ya qayıdır
"Çelsi"nin hücumçusu Pyer-Emerik Obameyanq "Barselona"ya qayıda bilər.
Sportline.az "Sport.es"ə istinadla xəbər verir ki, Londonda işləri qaydasında getməyən 33 yaşlı qabonlu futbolçu yenidən Kataloniya klubuna dönməyi planlaşdırır.
Qeyd edək ki, Obameyanq 2022-ci ilin sentyabrında "Barsa"dan ayrılıb.
Transfermarkt.com portalı futbolçunu 7 milyon avro dəyərində qiymətləndirir.