Məşhur futbolçu haqqında filmin premyerası olacaq

Moskva "Spartak"ının əfsanəsi Fyodr Çerenkov haqqında film çəkilir.

Sportline.az xəbər verir ki, bu haqda filmin rejissoru Nikolay Akelkin "TASS"a məlumat verib.

Onun sözlərinə görə, tamaşaçılar SSRİ seçməsinin mərhum futbolçusunun həyatından bəhs edən ekran ərəsini oktrabrın 31-dən etibarən izləyə biləcəklər.

Sözügedən film "Fedya. Xalqın futbolçusu" adlanır.

Qeyd edək ki, bir çox rekordların müəllifi olan Fyodr Çerenkov 2014-cü ildə 55 yaşında dünyasını dəyişib.