Məşhur futbolçu klubsuz qaldı

İspaniya futbolunun məşhur simalarından olan Xuan Mata Yaponiya karyerasını başa vurub.

Sportline.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçinin "Vissel Kobe" klubu ilə yolları ayrılıb.

O, X sosial şəbəkəsində paylaşdığı məlumatda sözügedən klubla müqavilənin müddətini uzatmadığını bildirib.

Qeyd edək ki, Mata ötən sentyabrda "Vissel Kobe" ilə anlaşmışdı.

Onun yaponlarla anlaşmasından əvvəlki komandası "Qalatasaray" idi.