Məşhur güləşçimiz AVRO 2020-də hansı komandaya azarkeşlik edir?

Avropa çempionatında mübarizə davam edir.

Sportline.az saytına açıqlama verən güləş üzrə dünya və Avropa çempionu Eldəniz Əzizli AVRO 2020-də dəstəklədiyi komandanın adını açıqlayıb.

"Mən Türkiyəyə azarkeşlik edirdim. Qrupdan çıxa bilmədiyi üçün Portuqaliya millisini dəstəkləyəsi oldum. Səbəbi isə Kriştiano Ronaldodur. Ümumiyyətlə, Ronaldo hara gedirsə, həmin komandaya azarkeşlik edirəm.

Yadıma gəlir, Portuqaliya Yunanıstana məğlub olmuşdu 2004-cü ildə və ikinci yeri tutmuşdu. Ronaldo ağlamışdı, əzmkar oyun göstərmişdi. Ona görə də o vaxtdan Portuqaliya millisinə simpatiyam var",