Məşhur gürcü futbolçu Türkiyə klubunda
Georgi Cikiya karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
Sportline.az xəbər verir ki, bu haqda championat.com-da məlumat yayılıb.
Moskva "Spartak"ı və "Ximki"nin sabiq futbolçusu "Antalyaspor"a keçməyə yaxındır.
Onun xidmətində baş məşqçi Emre Belezoğlu maraqlıdır.
Gürcü futbolçu ilə günlərdə müqavilə imzalanacağı bildirilir.
Qeyd edək ki, son mövsümü "Ximki"də keçirən təcrübəli müdafiəçi, 17 oyunda meydana çıxıb.