Məşhur idmançının yeganə məğlubiyyəti ləğv olunacaq
Məşhur MMA döyüşçüsü Con Consun yeganə məğlubiyyəti ləğv oluna bilər.
Sportline.az xəbər verir ki, bu haqda ABŞ-nin Kaliforniya ştatının Atletika komissiyasının rəhbəri Endi Foster məlumat paylaşıb.
Onun sözlərinə görə, başçılıq etdiyi qurum, Consun 2009-cu ildə Mett Xemillə döyüşdə qeydə alınan məlubiyyətinin ləğv olunmasına çalışacaq.
"Bu, heç də asan məsələ deyil. Amma, biz həmin döyüşün baş tutmadığına nail olmağa çalışacağıq", - deyə Foster bildirib.
Xatırladaq ki, Cons həmin döyüş zamanı parter vəziyyətində dirsək zərbəsi endirdiyi üçün texniki məğlubiyyətə uğramışdı.
Həmin vaxt qadağan olunan həmin zərbə, bu ildən etibarən leqallaşdırılıb.