Məşhur klub oyunçusu ilə vidalaşdı

“Los-Anceles Leykers” ispaniyalı basketbolçusu Mark Qazolla yollarını ayırıb.

Sportline.az xəbər verir ki, ötən mövsüm Kaliforniya klubuna transfer olunan mərkəz oyunçusu məşqçi heyətinin ümidlərini doğrulda bilmədiyinə görə şans qazanmayıb. Nəticədə los-anceleslilər Qazolu sabiq komandası “Memfis Qrizzlis”ə göndərmək qərarına gəliblər.

Onun İspaniyaya qayıdıb sabiq komandası “Barselona”da oynayacağı da gözlənilir. 36 yaşlı basketbolçunun karyerasını bitirə biləcəyi haqqında məlumatlar da yayılıb.