Məşhur rusiyalı Çin klubunda
Məşhur rusiyalı mütəxəssis Leonid Slutski "Şanxay Şenxua"nın baş məşqçisi təyin olunub.
Sportline.az xəbər verir ki, bu haqda Çin klubunun rəsmi saytında məlumat yayılıb.
O, yanvarın 1-də vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, son mövsümdə 52 xal toplayan "Şanxay Şenxua" çempionatı 5-ci yerdə başa vurub.
Slutskinin sonuncu işyeri "Rubin" klubu olub. O, 2022-ci ildə çempionat başa çatmamış Kazan təmsilçisindən ayrılmışdı.