Məşhur rusiyalı futbolçu klubunda qalır
Son turlar "Atalanta"nın heyətində inamlı çıxışı ilə fərqlənən Aleksey Mirançuk Berqamodan ayrılmaq istəyini təxirə salıb.
Sportline.az xəbər verir ki, bu haqda futbolçunun agenti Vadim Şpinyov məlumat yayıb.
Onun sözlərinə görə, rusiyalı yarımmüdafiəçi qış transfer pəncərəsində klubu tərk etmək fikrindən daşınıb.
Qeyd edək ki, bu mövsüm 15 oyunda 2 qol, 4 asistlə yadda qalan futbolçunun "Torino"ya keçəcəyi bildirilirdi.