Məşhur şərhçi vəfat etdi

Türkiyənin tanınmış idman şərhçisi Emre Gönlüşen vəfat edib.

Sportline.az xəbər verir ki, "beIN Sports"un 42 yaşlı əməkdaşı uzun sürən xərçəng xəstəliyindən sonra bu gün dünyasını dəyişib.

Qeyd edək ki, E.Gönlüşen daha çox futbol şərhləri ilə tamaşaçıların rəğbətini qazanmışdı. O, "D Spor", "Telesport" və "NTV Spor" telekanallarında da çalışıb.