Məşhur türkiyəli futbolçu koronavirusa yoluxdu

Almaniya millisinin və "Mançester Siti"nin futbolçusu İlkay Gündoğan koronavirusa yoluxub.
 
Sportline.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 30 yaşlı türkəsilli alman yarımmüdafiəçidən götürülən test nümunələrinin nəticəsinin müsbət çıxdığı bildirilib. Oyunçu 10 günlük karantinə alınıb.

Qeyd edək ki, İlkay Gündoğan geridə qalan mövsüm bütün turnirlərdə 50 matçda iştirak edib və 5 qol vurub.