Messi bütün rəqiblərini qabaqladı

"Marca" qəzeti La Liqada 2019/2020 mövsümün ən yaxşı driblinqə malik olan futbolçuların adını açıqlayıb.

Sportline.az xəbər verir ki, siyahının ilk pilləsində "Barselona"nın kapitanı Lionel Messi yer alıb. O, 182 uğurlu driblinq edib. Nabil Fekir ("Betis", 98) 2-ci, Andre Zambo-Anqiss ("Vilyarreal",86) 3-cü olub.

Messi 10 il ərzində La Liqada 6-cı dəfə ən yaxşı driplinqə malik olan futbolçu olub.

Qeyd edək ki, Lionel Messi 2010/2011 mövsümündə 186 uğurlu driblinqlə ən yaxşı seçilib. Son 12 ildə bu qədər uğurlu driblinq edən futbolçu olmayıb.