Messi: "Ronaldoya böyük hörmətim var"

"İnter Mayami"nin argentinalı futbolçusu Lionel Messi, Kriştiano Ronaldo haqqında danışıb.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Messi portuqaliyalı futbolçu haqqında bu fikirləri səsləndirib;

"Kriştiano Ronaldoya böyük hörmətim var. O, hələdə üst səviyyədə çıxış edir. Onunla rəqabətim meydanda oldu. Meydannan kənarda bizlər normal insanlarıq. Dost deyilik, çünki birliktə vaxt keçirmirik. Ancaq bir-birimizə hər zaman çox hörmətlə yanaşırıq", deyə Lionel Messi bildirib.