Messidən "Barselona" ilə bağlı duyğusal açıqlama

"Kataloniya klubu əvvəllər futbol vasitəsilə azadlıq ifadəsi idi. Amma indi o, qalmaqalların və özünümüdafiənin sinonimidir..."

Sportline.az xəbər verir ki, bu sözləri “Barselona”nın sabiq kapitanı Lionel Messi deyib. Adı oyun alqı-satqısında hallan klubun hazırkı durumu argentinalını qayğılı paylaşıma vadar edib: “Uşaqlıqda bu kluba aşiq oldum. Dostlarımla evimizin yaxınlığındakı küçədə futbol oynayarkən özümü komandanın o vaxtkı liderləri Ronald Kumana, Stoiçhkova, Romarioya bənzətməyə çalışırdım. Uzun illər şərəfini qoruduğum klubun adının belə məsələlərdə hallanmasına üzülürəm”.

Qeyd edək ki, hakimə rüşvət verməkdə ittiham olunan “Barselona” klubunun 10 çempionluq titulunun əlindən alınacağı haqda xəbərlər gündəmdədir.