Messidən gözlənilməz hərəkət

La Liqanın 30-cu turunun “Sevilya” – “Barselona” görüşündə (0:0) qalmaqal olub.

Sportline.az xəbər verir ki, fasiləyə yaxın,  meydan sahiblərinin futbolçusu Dieqo Karlosun Luis Suaresə qarşı kobudluğu, Lionel Messini əsəbləşdirib. 

Karlosun üzərinə gedərək onu itələyən Messinin gözlənilməz hərəkəti, aranı qarışdırıb.

Futbolçular arasında qarşıdurmanın nəticəsi olaraq, hakim, Serxio Buskets və Fernandoya sarı vərəqə göstərib.