Messisevərlərə şad xəbər

"Barselona" yaxın vaxtlarda kapitanı Lionel Messi ilə yeni  müqaviləninin detallarını razılaşdıracaq.

Soortline.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb. Rəhbərliyin argentinalı hücumçuya 1+1 illik yeni sözləşmə təklif etdiyi bildirilir.

Yeni müqavilə 2023-cü ilin yayına qədər qüvvədə olacaq. Ancaq Messi hər mövsümün sonunda klubdan ayrılmaq hüququ qazanacaq. 32 yaşlı oyunçunun hazırkı sözləşməsi 2021-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Messi 2000-ci ildə “Barselona”nın akademiyasına qoşulub və 2003-cü ildən əsas komandada çıxış edir.