Məsut Özil ən yaxşı müdafiəçinin adını açıqladı

Almaniya millisinin türk əsilli sabiq futbolçusu Məsut Özil ən yaxşı hesab etdiyi müdafiəçinin adını açıqlayıb.

Yaxın keçmişin ulduz futbolçusu bu ada Toni Rudigeri layiq görüb.

"Rudiger hazırda əla formadadır. Fikrimcə dünyanın ən yaxşı müdafiəçisi də məhz oldur. O, "Real"ın heyətində mükəmməl mövsüm keçirir. Həlanddan, Osimhendən soruşun, onlar da fikrimi təsdiqləyəcəklər", deyə Özil X sosial şəbəkəsində fikrini bölüşüb.

Qeyd edək ki, Rudiger 2022-ci ildə "Çelsi"dən azad agent statusunda "Real"a keçmişdi. 

30 yaşlı futbolçunun transfer dəyəri 25 milyon avrodur.