Meyson Qrinvud İspaniya klubunda qalacaq
"Xetafe" klubunda çıxış edən ingiltərəli futbolçu perofrmansı ilə diqqət mərkəzinə düşüb.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, "Mançester Yunayted"ə məxsus olan futbolçu icarə əsasında transfer olduğu İspaniya klubunda çıxışı ilə diqqətləri üzərinə çəkib.
"Xetafe" rəhbərliyi gənc hücumçu ilə bağlı danışqlara başlayıblar və Qrinvudun komandada qalmasını istədiklərini deyiblər.
Qeyd edək ki, "Mançester Yunayted" Meyson Qrinvud üçün İspaniya klubundan 40 milyon funt sterlinq tələb edib.