Mikel Arteta azarkeşlərə bəd xəbər verib

"Arsenal" klubunun baş məşqçisi Mikel Arteta azarkeşləri məyus edib. 

Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, "Liverpul"la görüşdə 0-2 hesabı ilə məğlub olan topçular keçirdikləri son 7 matçda cəmi 1 dəfə qələbə qazana biliblər.

Təcrübəli mütəxəssis açıqlamasında :"Komandanın hücum xəttində bəzi problemlər var. Bunun fərqində olsam da yeni futbolçu transfer edə bilmərik. Ümid edirəmki tez bir zamanda toparlanarıq",-deyib.

Qeyd edək ki, "Arsenal" klubu iştrak etdiyi bütün yarışlarda ardıcıl 3 məğlubiyyətlə barışıb.