"Milan" "Arsenal"a 35 milyon avro təklif edib
"Milan" "Arsenal"ın italiyalı futbolçusu Rikkardo Kalafiorini heyətinə qatmaq istəyir.
Sportline.az "Milan Live" nəşrinə istinadən xəbər verir ki, London klubu bu keçid üçün qarşı tərəfə 35 milyon avro təklif edib.
22 yaşlı futbolçunun "Arsenal"la müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Kalafiori bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 26 matçda 3 qol 1 asistlə yadda qalıb.