"Milan" Rade Kruniçi istəyən "Fənərbağça" üçün jest edib

İtaliyanın "Milan" klubu Rade Kruniçi transfer etmək istəyən"Fənərbağça" üçün böyük jest edib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "qırmızı qaralar" 30 yaşlı Bosniya və Hersoqovinalı futbolçunu transfer etmək istəyən "sarı-lacivərtlər"ə 7 milyon avronu ödəyə bilmədiyi üçün endirib ediblər.

Belə ki, "Fənərbağça" klubundan Rade Kruniç üçün 5 milyon avro tələb olunub. Amma bu məbləğin tam şəkildə ödənməsi istənilib. 

Qeyd edək ki, "Fənərbağça" klubu yanvarın 11-də transferi gerçəkləştirmək niyyətindədir.