Milli finaldan kənarda qaldı, fanatlar meydana axışdı

Nigeriya millisinin azarkeşləri Qana ilə heç-heçə bitən (1:1) dünya çempionatının seçmə oyunundan sonra iğtişaş törədiblər.

Sportline.az xəbər verir ki, görüşdən sonra meydana axışan fanatları sakitləşdirmək üçün gözyaşardıcı qazdan istifadə olunub.

Komandalar arasındakı ilk görüş qolsuz bərabərliklə yekunlaşdığından, Qana səfər qolu üstünlüyünə görə mundiala vəsiqə qazanıb. Qeyd edək ki, Nigeriya seçməsi 2006-cı ildən sonra ilk dəfə dünya çempionatından kənarda qalıb.