Millidə yeni kapitan narazılıqla qarşılanıb

Alvaro Morata İspaniya millisinin yeni kapitanı olub.

Sportline.az "Relevo"ya istinadla xəbər verir ki, baş məşqçi Luis de la Fuentenin bu seçimi azarkeşlər tərəfindən narazılıqla qarşılanıb.

Onlar Moratanın millinin kapitan sarğısını daşıyacaq futbolçu olmadığı qənaətindədirlər.

Azarkeşlərin fikrincə Madrid "Atletiko"sunun hücumçusunda bunun üçün yetərincə liderlik keyfiyyəti yoxdur. 

Qeyd edək ki, Fuente seçimini təcrübə amili ilə əsaslandırıb.