Millimiz Almaniya ilə oyun üçün Kayzerslauternə səfər edəcək

DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində keçiriləcək Almaniya - Azərbaycan görüşünün məkanı bəlli olub. SportLine.az xəbər verir ki, gələn il oktyabrın 8-də "Bundestim" milli komandamızı Kayzerslauterndə qəbul edəcək. Bakı vaxtı ilə saat 23:45-də başlanacaq qarşılaşma “Frits Valter Ştadion”da oynanılacaq. 1920-1985-ci illərdə “Beyzenberqştadion” adlanan arena “Kayzerslautern” klubunun ev oyunlarını qəbul edir. Bu stadion 47 min 500 tamaşaçı tutumuna malikdi.