Millimiz Ermənistanla eyni qrupda

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri müəyyənləşib.

Sportline.az xəbər verir ki, C divizionunda yer alan komanda B qrupunda Ermənistan, Cəbəllütariq, Moldova və Lüksemburqla mübarizə aparacaq.

Oyunlar 24 - 31 iyulda San-Marinonun Serravalle şəhərində keçiriləcək.