Millimiz üçün sınaq: Avropa çempionatı

Türkiyənin İstanbul şəhərində uşu üzrə Avropa çempionatı keçiriləcək.

Sportline.az xəbər verir ki, bu yarışda əsasən gənc idmançılarımıza üstünlük veriləcək. Millimizin 2 təcrübəli idmançısı da qitə turnirinə qatılacaq. Onlardan böyüklər arasında Elçin Eminov, yeniyetmələrdə isə Avropa çempionu Elçin Muradov mükafatlar uğrunda yarışacaq.

Komandamız yarışa Azərbaycan Uşu Federasiyasının prezidenti Azər Həsənsoy və böyük məşqçi Barəddin Səlimovun rəhbərliyi altında qatılacaq.

Avropa çempionatı dekabrın 14-dən 17-ədək davam edəcək.