Millimizin rəqibində itkilər
Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki rəqibi Serbiya yığması komandamızla matça itkilərlə çıxacaq.
Sportline.az xəbər verir ki, futbolçular Straxinya Pavloviç və Filip Curiçiç bu oyunu buraxacaqlar. “Monako”nun 20 yaşlı mərkəz müdafiəçisi Pavloviç ötən gecə baş tutan Lüksemburqla oyunda sarı vərəqə alaraq cəzalı duruma düşüb.
İtaliyanın "Sassuolo" klubunun formasını geyinən Curiçiç də sarı vərəqə limitini doldurduğuna görə yığmamızla oyunu buraxmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, Serbiya – Azərbaycan matçı oktyabrın 12-də Belqradda keçiriləcək.