Millimizin üzvü 90 dəqiqə oynadı

İspaniya Sequndasında 32-ci turun oyunları keçirilib.
 
Sportline.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv "Almeriya”nı qəbul edib və 0:1 hesabıyla yenilib.
 
İsrafilov start heyətdə meydana çıxıb və sonadək oynayıb.
 
35 xalı olan "Albasete” hazırda  turnir cədvəlində 22 iştirakçı arasında 20-ci pillədədi.