Millimizin üzvü üç futbolçudan biridir

İspaniyanın "Eybar" klubunun 2014-cü ildən bəri ən uğursuz transferləri məlum olub.

Sportline.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, siyahıda yer alan 3 futbolçudan biri, millimizin, hazırda “Albasete”də çıxış edən yarımmüdafiəçisi Eddi İsrafilovdur.

Onunla yanaşı, İzet Hayroviç və Simone Verdinin də adı var.

Qeyd edək ki, 2015-ci ildə "Mursiya"dan icarə əsasında "Eybar"a keçən 28 yaşlı yarımmüdafiəçi həmin mövsüm komandada cəmi 6 oyun keçirib.