Millimizlə oyunu buraxacaq

Aərbaycanın DÇ-2022-nin seçmə mərhələsindəki rəqibi Serbiya yığması komandamızla matça daha bir itki ilə çıxacaq. 

Sportline.az xəbər verir ki, müdafiəçi Nikola Milenkoviç bugünkü görüşü buraxmalı olacaq. Zədə səbəbindən iki gün əvvəl Lüksemburqla (1:0) oyunda iştirak etməyən mərkəz müdafiəçisinin millimizlə matça qədər sağalması gözlənilirdi. Lakin İtaliya mətbuatında onun bu gün meydana çıxmayacağı yazılıb.

Qeyd edək ki, bu gün keçiriləcək Serbiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.