Millinin futbolçuları yolda qaldılar

Braziliya millisinin üzvləri Duqlas Santosla Luis Enrike xoşagəlməz vəziyyətlə üzləşib.

Sportline.az Globo portalına istinadən xəbər verir ki, "Zenit"in futbolçuları millinin düşərgəsinə vaxtında çata bilməyiblər.

Buna Rusiyadan ABŞ-yə nəzərdə tutulan reyslərin təxirə salınması səbəb olub.

Sözügedən oyunçular 12 saatlıq gecikmə nəticəsində yalnız bu gecə millinin düşərgəsinə qatıla biləcəklər. 

Qeyd edək ki, Braziliya millisi DÇ:26-ya yarışın ev sahiblərindən olan ABŞ-də hazırlaşır.

Sambaçılar dünya çempionatının "C" qrupunda Mərakeş, Haiti və Şotlandiya seçmələri ilə mübarizə aparacaqlar.