Millinin sabiq futbolçusu psixiatrik xəstəxanada
Argentina millisinin sabiq futbolçusu Ezekyel Lavessinin səhhətində problem yaranıb.
Sportline.az xəbər verir ki, məşhur futbolçu psixiatrik xəstəxanaya yerləşdirilib.
Bu haqda El Ciudadano nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə sabiq futbolçu öz istəyi ilə Buenos-Ayresdəki müalicə mərkəzinə aparılıb.
Qeyd edək ki, bəzi xəbərlərdə 38 yaşlı Lavessinin narkotik istifadəçisi olduğu bildirilirdi.