MMA tarixinin ən güclüsü hesab olundu

UFC-nin yarımorta çəkidə sabiq çempionu (77 kq) Leon Edvards MMA tarixinin ən güclüsünün adını açıqlayıb.

Sportline.az xəbər verir ki, Edvards bu adı Con Consa layiq görüb.

"Fikrimcə, ən güclü döyüşçü Co Consdur. Ondan sonra Anderson Silvanın adını çəkə bilərəm", - deyə Edvards "The Louis Theroux" podkastında sualı cavablandırıb.

Qeyd edək ki, 37 yaşlı Co Cons 2008-ci ildən UFC-də döyüşüb.

Amerikalı idmançı ilk dəfə 2011-ci ildə çempion kəmərinə yiyələnmişdi.