"Monako" "Mançester Yunayted"in qapıçısını transfer etmək niyyətindədir

"Monako" "Mançester Yunayted"in kamerunlu qapıçısı Andre Onanın heyətinə qatmağı planlaşdırır.

Sportline.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, təcrübəli kiper üçün Fransa klubu 25 milyon avroluq təklif hazırlayır.

İngiltərə klubunun rəhbərliyi Onananın çıxışından narazıdır. Bu səbəbdən futbolçunu satmaq fikrinə müsbət yanaşır.

Qeyd edək ki, 29 yaşlı futbolçu ötən mövsüm çıxış etdiyi 50 matçda qapısında 65 top görüb.