Morata "Atletiko"da qalmaq istəyir

İspaniya millisinin hücumçusu Alvaro Morata karyerasını "Atletiko"da davam etdirmək istəyir.

Sportline.az xəbər verir ki, bu haqda məşhur jurnalist Fabrisio Romano X sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, Morataya Səudiyyə Ərəbistanı klublarından sərfəli təkliflər gəlsə də futbolçu "Atletiko"da qalmaq istəyindədir.

Baş məşqçi Dieqo Simeonenin də bununla bağlı məlumatı olduğu bildirilir. 

Qeyd edək ki, Morata son mövsümdə meydana çıxdığı 48 oyunda 21 qol və 5 məhsuldar ötürmə müəllifi olub. 

Transfermarkt portalında onun dəyəri 16 milyon avrodur.