Moratanın həyat yoldaşından maraqlı açıqlama
İspaniya millisinin hücumçusu Alvaro Morata mətbuatın ciddi tənqidlərinə tuş gəlir.
Sportline.az xəbər verir ki, bu vəziyyət artıq futbolçunun həyat yoldaşı Alise Kampellonu da dilə gətirib.
Buna iyulun 8-də "El Confidencial"da yayımlanan "Morata - İspaniyanı yalnız pis oyunu ilə rüsvay etməyən kapitan" adlı məqalə səbəb olub.
Kampello bu yazıya cavab olaraq "Daily Mail"ə açıqlamasında "Özümü qurban kimi göstərmək fikrim yoxdur, amma, bu heç də düzgün vəziyyət deyil. Sadəcə onu deyərdim ki, yarımfinala bir gün qalmış bunu yazan jurnalist səviyyəsizin biridir", - deyib.
Qeyd edək ki, Morata əksər azarkeşlər və jurnalistlər tərəfindən qəbul olunmur.