Moratanın yeni klubu bəlli olub

"Qalatasaray"da icarə əsasında çıxış edən ispaniyalı futbolçu Alvaro Morata karyerasını "Komo"da davam etdirməyə yaxındır.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.

Morata müqavilə əsasında "Milan"a məxsusdur.

Qeyd edək ki, 32 yaşlı forvard bu mövsüm meydana çıxdığı 41 matçda 13 qol 5 asistlə yadda qalıb.