Mostovoy baş məşqçi olacaq

"Spartak", "Selta" klublarının və Rusiya millisinin sabiq futbolçusu Aleksandr Mostavoyun məşqçilik karyerasına başlayacağı gözlənilir.

Sportline.az "Matç TV"yə istinadla xəbər verir ki, o, Rusiyanın "Yenisey" komandasını çalışdıra bilər.

I Divizion təmsilçisinin Mostovoyla danışıqlara başladığı bildirilir.

Krasnoyarsk təmsilçisi hazırda 24 xalla 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Aleksandr Mostavoy indiyədək peşəkar klubda məşqçilik etməyib.