Mountun yeni dayanacağı İtaliya olacaq
"Mançester Yunayted"in futbolçusu Meyson Mount karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Milan" 27 yaşlı oyunçunu heyətinə qatmaq istəyir.
Bu haqda jurnalist Kris Veeler məlumat yayıb.
Qeyd edək ki, M.Mountun dəyəri 25 milyon avrodur.