Moyze Kin Mançester klubuna keçə bilər
"Fiorentina"nın italiyalı futbolçusu Moyze Kin karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "Foot Mercato"ya istinadən xəbər verir ki, "Mançester Yunayted" Moyze Kini transfer etmək hərəkətə keçib.
25 yaşlı forvardın "Fiorentina" ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Qeyd edək ki, Moyze Kin cari mövsüm çıxış etdiyi 41 matçda 23 qol 3 asistlə yadda qalıb.