Müller karyerasını MLS-də davam etdirəcək
"Bavariya"nın almaniyalı futbolçusu Tomas Müllerin mövsümün sonunda klubdan ayrılacağı dəqiqləşib.
Sportline.az "Bild" qəzetinə istinadən xəbər verir ki, Müller azad agent kimi MLS-in "Los Anceles" klubuna transfer olacaq.
35 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 41 matçda 6 qol 6 asistlə yadda qalıb.
Qeyd edək ki, Müller 2009-cu ildən "Bavariya"da çıxış edir.