Müller Toni Kroosa çatdı
"Bavariya"nın hücumçusu Tomas Müller alman futbolçuları arasında ən çox kubok qazananlar siyahısında Toni Kroosun rekorduna çatıb.
Sportline.az "Bild" qəzetinə xəbər verir ki, mayın 4-də “Bayer”in “Frayburq”la 32-ci tur oyununda 2:2 hesablı heç-heçə etməsindən sonra Münhen təmsilçisi vaxtından əvvəl Almaniya çempionu olub.
35 yaşlı Müller üçün bu titul onun karyerasındakı 34-cü mükafatdır. O, həm klubda, həm də Almaniya yığmasında komanda yoldaşı olmuş, 34 titula sahib Toni Kroosla bərabərləşib. Hazırda hər iki futbolçu alman futbol tarixində ən çox kubok qazanan oyunçular sırasındadır.
Müller "Bavariya" ilə 33 titul, o cümlədən Almaniya milli komandası ilə 2014 Dünya Çempionatını qazanıb.