Mundial ərəblərə neçəyə başa gəlib?
Bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün təqribən 208 milyard avro xərclənib.
Sportline.az "The Sun"a istinadən xəbər verir ki, bu, Rusiyada 2018-ci ildə keçirilən mundiala xərclənən məbləğdən 17 dəfə çoxdur. Rusiya dünya çempionatına ev sahibliyi etmək üçün 11,6 milyard funt-sterlinq (təxminən 13 milyard avro) xərcləyib.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.