Mundiala ən çox futbolçu göndərən klublar açıqlandı

Qətərdə keçiriləcək dünya çempionatına ən çox futbolçu göndərən klublar bəlli olub.

Sportline.az xəbər verir ki, siyahıya "Bavariya" başçılıq edir.

Münhenlilərin 17 oyunçusu 8 müxtəlif komandanın heyətinə cəlb olunub.

İkinci sırada "Mançester Siti" ilə "Barselona" qərarlaşıb. Hər iki klubdan mundiala 16 futbolçu yollanacaq.

Üçüncü pillədə ev sahibi Qətərin "Əl Sədd" klubu yer alıb. Bu komandanın 15 oyunçusu dünya çempionatına qatılacaq.

"Mançester Yunayted"dən 14, "Real Madrid"dən isə 13 futbolçu mundialın həyəcanını yaşayacaq.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.