Mundialın açılış vaxtı dəyişdirildi

DÇ-2022-nin açılış oyununun vaxtı dəyişdirilib.

Sportline.az FİFA-nın saytına istinadən xəbər verir ki, turnirin açılışı da noyabrın 21-dən noyabrın 20-nə keçirilib.

Açılış matçında Qətər yığması 20 noyabr bazar günü saat 19:00-da Ekvadorla oynayacaq. Daha əvvəl isə bu görüşün noyabrın 21-də keçirilməsi nəzərdə tutulmuşdu.

"Bu qərar rəqabətin və nəticələrin qiymətləndirilməsindən, əsas maraqlı tərəflər və ev sahibi ölkə ilə məsləhətləşmələrdən və razılıqdan sonra verilib" - deyə FİFA-nın açıqlamasında bildirilib.

Qeyd edək ki, 2022-ci il dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.