“Mundialın final mərhələsinə çıxmasaydıq, istefa verəcəkdim”
Niderland millisinin baş məşqçisi Lui van Qal DÇ-2022-nin seçmə mərhələsində Norveçi məğlub edərək (2:0) turnirin finalın mərhələsinə vəsiqə qazandıqları matç haqqında danışıb.
Sportline.az xəbər verir ki, 70 yaşlı mütəxəssis deyib ki, əgər Norveçə uduzub DÇ-2022-nin finalına çıxmasaydılar, vəsifəsindən istefa verəcəkdi: “Əgər uduzsaydıq, mən heç vaxt işə qayıtmazdım. Həmişə demişəm ki, hər hansı bir klubu yox, milli komandanı çalışdırmaq istəyirəm. Məni işə götürmək istəyən bir sıra komandalar var idi. Amma Niderland millisi mənim son işim olacaq. Əgər vəsiqə qazanmasaydıq, çox da əyləncəli olmazdı”.
Qeyd edək ki, Van Qalın Niderland millisi ilə sözləşməsi 2022-ci ilin yayına qədərdir.