Mundiallarda ən çox ardıcıl qol vuranlar: Ener Valensiya da siyahıya daxil olub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Qətərdə keçirilən dünya çempionatı davam edərkən daha bir mövzu ilə bağlı araşdırma aparıb.

Sportline.az xəbər verir ki, mundiallar tarixində komandalarının heyətində ən çox ardıcıl qol vuranlar açıqlanıb.

İlk "3-lük"də Portuqaliya millisinin əfsanəvi futbolçusu Eysebio, italiyalı Paolo Rossi və rusiyalı Oleq Salenko qərarlaşıb. Hər üç oyunçu meydana çıxdıqları qarşılaşmalarda eyni sayda - ardıcıl 6 qola imza atıblar.

DÇ-2022-nin Qətərə qarşı açılış görüşündə dubl edən Ekvador seçməsinin hücumçusu Ener Valensiya 5 qol vuran oyunçuların siyahısına düşüb.

Futbolçu

Ölkəsi

Qollar

Mundiallar

Eysebio

Portuqaliya

6

1966(6)

Paolo Rossi

İtaliya

6

1982(6)

Oleq Salenko

Rusiya

6

1994(6)

Piter MekParland

Şimali İrlandiya

5

1958(5)

Alessandro Altobelli

İtaliya

5

1982(1), 1986(4)

Kristiano Ronaldo

Portuqaliya

5

2014(1), 2018(4)

Ener Valensiya

Ecvador

5

2018(3), 2022(2)