Murilyonun qiyməti bəlli oldu
"Nottingem Forest"in brazilyalı futbolçusu Murilyonun transfer qiyməti açıqlanıb.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, Murilyo üçün "Nottingem" 70 milyon avro tələb edir.
22 yaşlı futbolçunun müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Murilyo ilə "Arsenal" və "Liverpul" klubları yaxından maraqlanır.