Musleranın Avrokuboklardakı cəzası bəlli olub
"Yanq Boys"la Çempionlar Liqasının pley-off mərhələsində keçirilən görüşdə qırmızı vərəqə alan "Qalatasaray"ın qapıçısı Fernando Musleranın cəzası açıqlanıb.
Sportline.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, 38 yaşlı qolkiper Avropa Liqasının ilk 3 oyununda komandasına kömək edə bilməyəcək. (PAOK, RFS, "Elfsborq").
Xatırladaq ki, "Qalatasaray" Avropanın ən nüfuzlu klub turnirində "Yanq Boys"a iki oyunun nəticəsinə görə 2-4 hesabı ilə məğlub olaraq yoluna Avropa Liqasında davam etmişdi.
Qeyd edək ki, "sarı-qırmızılılar" Avroliqada ilk oyununu sentyabrın 25-də İstanbulda PAOK-a qarşı keçirəcək.