Naço Fernandesin yeni klubu bilindi

"Real"la yolları ayrılan Naço Fernandesin yeni klubu məlum olub.

Sportline.az xəbər verir ki, ispaniyalı müdafiəçi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

O, sözügedən ölkənin "Əl-Kadisiya" klubu ilə müqavilə bağlayıb.

Qeyd edək ki, bu komanda 2023-2024 mövsümündə 73 xalla birinci divizionun qalibi kimi əsas liqaya vəsiqə qazanıb.